...

RF XİN: Azərbaycanın BMT TŞ-yə üzv seçilməsi ölkənin beynəlxalq işlərdə fəal mövqeyini sübut etdi

Siyasət Materials 25 Oktyabr 2011 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir E.Tariverdiyeva/

Beş ölkənin Təhlükəsizlik Şurasına (TŞ) üzv seçilməsi onların beynəlxalq işlərdə aktiv mövqeyə və BMT-nin üzv dövlətləri arasında yüksək nüfuza malik olmalarını sübut etdi. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Rusiya XİN-in rəsmi məlumatında deyilir.

Oktyabrın 24-də BMT-nin 66-ci Baş Assambleyası çərşivəsində 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasına beş qeyri-daimi üzvün seçilməsi başa çatıb. Azərbaycan, Qvatemala, Mərakeş, Pakistan və Toqo qeyri-daimi üzv seçiliblər.

"Ümid edirik ki, BMT-nin əsas orqanlarından birinin fəaliyyətində iştirak etməklə, bu ölkələr Təşkilatın dünya məsələlərində mərkəzi rolunun möhkəmləndirilməsinə, gündəmdəki qlobal məsələlərin həyata keçirilməsində onun effektivliyinin və nüfuzunun yüksəldilməsinə, həmçinin məsələlərin geniş spektri üzrə təhlükələr və çağırışlara dövlətlərin kollektiv cavab axtarmasına fəal şəkildə kömək edəcəklər. Öz tərəfimizdən TŞ-nin yeni seçilmiş üzvləri ilə konstruktiv əməkdaşlığa hazırıq", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti