...

Milli Azadlıq Ordusu Liviya inqilabçılarının bütün silahlarını nəzarətdə saxlayır – MKŞ

Siyasət Materials 28 Oktyabr 2011 15:56 (UTC +04:00)
Liviya inqilabçılarının silahları Milli Azadlıq Ordusunun nəzarəti altındadır və etibarsız əllərə düşməyəcək.
Milli Azadlıq Ordusu Liviya inqilabçılarının bütün silahlarını nəzarətdə saxlayır – MKŞ

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Liviya inqilabçılarının silahları Milli Azadlıq Ordusunun nəzarəti altındadır və etibarsız əllərə düşməyəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Müdafiə Nazirliyinin Milli Keçid Şurasındakı (MKŞ) rəsmi nümayəndəsi Əhməd Bəni "Russia Today" telekanalının ərəb redaksiyası "Rusiya əl-Yaum"a müsahibəsində deyib.

"Bütün liviyalılar ölkənin təhlükəsizliyinin keşiyində duracaqlar. Bu silahlar heç bir təhlükə törətmir", - Bəni deyib.

MN nümayəndəsi onu da deyib ki, hərbi əməliyyatlar başa çatanda bütün inqilabçılar silahları təhvil verəcəklər.

Ölkəni 40 ildən artıq idarə edən Müəmmər Qəddafinin hakimiyyətdən getməsi tələbi ilə keçirilən və sonradan hökumət qüvvələri ilə müxalifət arasında silahlı qarşıdurmaya çevrilən kütləvi etiraz aksiyaları Liviyada fevralın ortalarından başlayıb. O zaman müxalifəft Benqazidə Milli Keçid Şurasını (MKŞ) formalaşdırdı və o, ölkədə yeganə legitim hakimiyyət elan edildi.

9 ay davam edən hərbi əməliyyatların gedişində Qəddafi rejiminin əleyhdarları Liviyanın bütün ərazisi üzərində nəzarəti tam ələ keçirməyə nail oldular. Ötən həftə üsyançılar Sirt şəhərində Qəddafini ələ keçirdilər. Bundan sonra devrilmiş Liviya Cəmahiriyyəsi liderinin həlak olduğu elan edildi.

Xəbər lenti

Xəbər lenti