...

Ermənistanın müdafiə nazirinin müavini polis rəisi təyin olunub

Siyasət Materials 1 Noyabr 2011 16:19 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyan çərşənbə axşamı general-leytenant Vladimir Qasparyanın müdafiə nazirinin müavini vəzifəsindən azad edilərək polis rəisi təyin edilməsi haqqında fərman imzalayıb.
Ermənistanın müdafiə nazirinin müavini polis rəisi təyin olunub

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Ermənistan Prezidenti Serj Sarkisyan çərşənbə axşamı general-leytenant Vladimir Qasparyanın müdafiə nazirinin müavini vəzifəsindən azad edilərək polis rəisi təyin edilməsi haqqında fərman imzalayıb. Trend-in məlumatına görə, bu barədə ARKA agentliyi xəbər verir.

Bundan əvvəl Prezident Alik Sarkisyanı polis rəisi vəzifəsindən azad edərək onu dövlət başçısının müşaviri təyin edib.

Vladimir Qasparyan 1958-ci il sentyabrın 9-da Estoniyanın paytaxtı Tallində anadan olub.

O, 1989-cu ildə SSRİ DİN Ali İstintaq Məktəbini bitirib. 1976-1978-ci illərdə Silahlı Qüvvələrdə xidmət edən Qasparyan 1982-1995-ci illərdə Ermənistan DİN-də işləyib. 1997-ci ildə Ermənistan hərbi polisinə rəhbərlik edib. 2010-cu il oktyabrın 2-də Ermənistan Prezidentinin fərmanı ilə müdafiə nazirinin müavini təyin olunub. 2011-ci il sentyabrın 3-də Qasparyana general-leytenant rütbəsi verilib.

Xəbər lenti

Xəbər lenti