...

Azərbaycan Prezidenti İsrailin milli infrastruktur nazirini qəbul edib

Siyasət Materials 10 Noyabr 2011 16:58 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı İsrail dövlətinin milli infrastruktur naziri Uzi Landaunu qəbul edib.
Azərbaycan Prezidenti İsrailin milli infrastruktur nazirini qəbul edib

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı İsrail dövlətinin milli infrastruktur naziri Uzi Landaunu qəbul edib.

Trend-in məlumatına görə, nazir Uzi Landau İsrail dövlətinin Prezidenti Şimon Peresin salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Azərbaycan ilə İsrail arasında iqtisadi, sənaye, infrastruktur sahələri ilə bağlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı Prezident Şimon Peresin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İsrail dövlətinin başçısına çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti