...

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyası sədrinin müavini Ketrin Eştonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Siyasət Materials 15 Noyabr 2011 22:09 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Avropa Komissiyası sədrinin müavini, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eştonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyası sədrinin müavini Ketrin Eştonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Avropa Komissiyası sədrinin müavini, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eştonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın geniş formata malik olduğunu və uğurla inkişaf etdiyini vurğuladı. Xanım Ketrin Eşton ilə Varşavada keçirdiyi görüşü xatırlayan Prezident İlham Əliyev həmin görüşdən qısa müddət keçdikdən sonra onun bölgəyə səfər etməsinin bütün region və Azərbaycan üçün önəmini qeyd etdi. Dövlətimizin başçısı xanım Ketrin Eştonun ölkəmizə səfərinin Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.

Avropa Komissiyası sədrinin müavini, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eşton Azərbaycana səfərindən məmnunluğunu bildirdi.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında energetika sahəsində əməkdaşlığın perspektivləri müzakirə edildi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Avropa Komissiyası sədrinin müavini, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eştonun şərəfinə nahar verildi.

Xəbər lenti

Xəbər lenti