...

Azərbaycanda bəzi bələdiyyələrə keçiriləcək seçkilərlə bağlı protokolların paylanılmasına başlanılıb

Siyasət Materials 21 Noyabr 2011 11:56 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyası bu gündən etibarən bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərlə bağlı seçki bülletenlərinin və səsvermənin nəticələrinə dair seçki komissiyaları protokollarının dairə seçki komissiyalarına verilməsinə başlayıb.
Azərbaycanda bəzi bələdiyyələrə keçiriləcək seçkilərlə bağlı protokolların paylanılmasına başlanılıb

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyası bu gündən etibarən bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərlə bağlı seçki bülletenlərinin və səsvermənin nəticələrinə dair seçki komissiyaları protokollarının dairə seçki komissiyalarına verilməsinə başlayıb. Trend bu barədə bazar ertəsi MSK-nın mətbuat xidmətinə istinadən məlumat verir.

MSK oktyabrın 14-də keçirilmiş iclasında səsvermə protokollarının, oktyabrın 25-də keçirilmiş iclasında isə bülletenlərin sayı və hazırlanma qaydası barədə qərar qəbul etmişdi. Protokollar seçki keçiriləcək dairə və məntəqələrin sayına uyğun olaraq, bülletenlər isə oktyabrın 25-nə olan məlumata görə, seçkilər keçiriləcək bələdiyyələr üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz artıq, yəni cəmi 1 191 541 ədəd olmaqla Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsində çap edilib.

Noyabrın 30-da 330 bələdiyyə üzrə 464 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti