...

İlham Əliyevlə Dmitri Medvedev arasında telefon danışığı olub

Siyasət Materials 5 Dekabr 2011 20:19 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə telefonla zəng edib.
İlham Əliyevlə Dmitri Medvedev arasında telefon danışığı olub

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə telefonla zəng edib.

Dövlətimizin başçısı Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasına keçirilən seçkilərdə siyahısına Dmitri Medvedevin başçılıq etdiyi "Yedinaya Rossiya" Partiyasının qələbəsi münasibətilə Rusiya Prezidentini təbrik edib.

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluqlarını bildirib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti