• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Siyasət

Əli Həsənov: Prezidentin istəyi odur ki, Azərbaycan əhalisinin maddi ehtiyacları birdəfəlik təmin olunsun

6 Dekabr 2011 17:25 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir E.Hüseynli/

Azərbaycan Prezidenti İlham Əliyevin son sərəncamları onun yürütdüyü sosial siyasətin bilavasitə məqsədini, vəzifələrini təşkil edir və dövlətin imkanları yaxşılaşdıqca, büdcəsi artdıqca, bu sosial siyasət davam etdiriləcək. Bunu çərşənbə axşamı Trend-ə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Cənab Prezident Azərbaycanda bir nəfər də yoxsulun qalmamasını istədiyini dəfələrlə bəyan edib. Prezidentin istəyi odur ki, Azərbaycan əhalisinin maddi ehtiyacları birdəfəlik təmin olunsun və hər bir insan Azərbaycan dövlətinin inkişafına, maddi imkanlarına uyğun olaraq yaxşı yaşasın, firavan, tam təmin olunmuş bir həyat şəraitinə malik olsun", - Həsənov bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 1-də minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, minimum aylıq əməkhaqqının məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 93,5 manat müəyyən edilsin.

Dövlət başçısı, həmçinin dekabrın 5-də təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında da sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılsın.

Prezident Administrasiyası rəsmisinin sözlərinə görə, minimum aylıq əməkhaqqının artırılması, sözün əsl mənasında, Azərbaycanın indiki inkişafına adekvat sosial təminat sistemi yaradır.

"Onun ardınca müəllimlərin aylıq vəzifə maaşları dövlətin inkişafına adekvat şəkildə artırıldı. Digər kateqoriyaların maaşları da dövlətin inkişafına adekvat şəkildə artırılacaq. Bu siyasət davam etdiriləcək. Bu addım əhali tərəfindən çox müsbət qarşılanır. Gün ərzində Prezident Administrasiyasına daxil olan məktublar, zənglər, mətbuatda ifadə olunan fikirlər onu göstərir ki, insanlar dövlətin, Prezidentin sosial siyasətindən razıdırlar, onların vəziyyətini yaxşılaşdırmağa istiqamətlənən bütün bu addımları dəstəkləyirlər", - Həsənov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Kateqoriyasında olan digər xəbərlər
Deputatlar bu gün 27 məsələ üçün toplaşır
Siyasət 09:16
ABŞ-ın Skokie şəhərində 26 fevral Xocalı Faciəsinin Anım Günü elan edilib (FOTO)
Siyasət 01:55
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən görkəmli teleaparıcı Rafiq Hüseynovun barelyefi hazırlanıb (FOTO)
Siyasət 18 Fevral 18:50
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb (FOTO)
Siyasət 18 Fevral 18:12
Əli Həsənov: Əli Kərimli Azərbaycana Suriyanın “inqilab təcrübə”sini idxal etmək istəyir, Azərbaycan hakimiyyəti isə dünyaya “ASAN xidmət” inqilabının təcrübəsini yayır
Siyasət 18 Fevral 17:27
Prezident İlham Əliyev: Sumqayıtda məskunlaşan bütün məcburi köçkün ailələri tədricən yeni evlərə köçürüləcək
Siyasət 18 Fevral 17:03
Xəbər lenti
Fevralın 19-da xarici valyutaların manata qarşı məzənnələri
İqtisadiyyat 09:23
Deputatlar bu gün 27 məsələ üçün toplaşır
Siyasət 09:16
Azərbaycanda qadınların orta aylıq əməkhaqqı kişilərin maaşına yaxınlaşacaq
Cəmiyyət 09:05
Rusiyaya sanksiyalardan dəyən zərər açıqlanıb
İqtisadiyyat 08:48
"Mançester Yunayted"in keçmiş oyunçusu "MLS"in "Orlando" klubuna keçib
İdman 08:37
Estoniyada NATO-nun "Qış düşərgəsi" adlı hərbi təlimləri başa çatıb
Dünya xəbərləri 08:25
ABŞ-da atışma baş verib: 4 ölü
Dünya xəbərləri 08:01
ÜST rəsmisi: Azərbaycanda 17 nəfərdə A tipli qrip aşkar edilib
Cəmiyyət 07:45
ÇXR nümayəndə heyəti 19-21 fevralda Vaşinqtonda ticarət danışıqlarında iştirak edəcək
Dünya xəbərləri 07:25
Ən çox oxunanlar
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda maraqlı anlar (FOTO)
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda maraqlı anlar (FOTO)
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah Yeni bölüm
Mikayıl Cabbarov: Hər kəs başa düşür ki, qanun çərçivəsində işləməkdən faydalı yol yoxdur, bulanıq suda balıq tutmaq zamanı bitib (YENİLƏNİB)
Nigar Arpadarai: İldən-ilə Formula 1-in təşkilinə görə xərclərimiz azalır, gəlirlərimiz isə artır (MÜSAHİBƏ)
Nəzər nöqtəsi
Mikayıl Cabbarov: Hər kəs başa düşür ki, qanun çərçivəsində işləməkdən faydalı yol yoxdur, bulanıq suda balıq tutmaq zamanı bitib (YENİLƏNİB)

Mikayıl Cabbarov: Hər kəs başa düşür ki, qanun çərçivəsində işləməkdən faydalı yol yoxdur, bulanıq suda balıq tutmaq zamanı bitib (YENİLƏNİB)

Millət vəkili: Xalqımızın sosial-rifah halının yaxşılaşdırılması Prezidentin həyata keçirdiyi siyasi kursun ana xəttidir
Rusiyalı deputat: Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insident təxribatdır
Ekspert: Məişət zəminində baş vermiş insident azərbaycanlı-çeçen dostluğuna ziyan vura bilməz
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri