...

Azərbaycan Rusiyanın quru silahlarının idxalçıları arasında beşinci yeri tutub

Siyasət Materials 27 Dekabr 2011 17:54 (UTC +04:00)
Azərbaycan 2011-ci ilin yekunları üzrə Dünya Silah Ticarəti Analiz Mərkəzinin (DSTAM) reytinqində Rusiyanın quru silahlarının idxalçıları arasında beşinci yeri tutub.
Azərbaycan Rusiyanın quru silahlarının idxalçıları arasında beşinci yeri tutub

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Azərbaycan 2011-ci ilin yekunları üzrə Dünya Silah Ticarəti Analiz Mərkəzinin (DSTAM) reytinqində Rusiyanın quru silahlarının idxalçıları arasında beşinci yeri tutub. Bunu Mərkəzin baş direktoru, RF Müdafiə Nazirliyi yanında İctimai Şuranın Rəyasət Heyətinin üzvü İqor Korotçenko bildirib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.

Agentlik xəbər verir ki, bu ilin yayında Azərbaycan Rusiyanın lisenziyası üzrə AK-74М avtomatlarının qurma partiyasının nümunə buraxılışına başlayıb.

Məlumata görə, Azərbaycanda АK-74М avtomatlarının seriyalı istehsalı 2011-ci ilin dördüncü rübündə başlayıb. 2010-cu ildə "Rosoboroneksport"un Azərbaycanla imzaladığı müqavilə 10 il üçün nəzərdə tutulub. Buraxılışın illik ümumi həcmi nəzərə alınmaqla, istehsal 120 min təşkil edə bilər. Rusiya tərəfdən müqavilənin əsas icraçısı "Konsern "İjmaş" ASC-dir.

Xəbər lenti

Xəbər lenti