...

Çin ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalar tətbiq etməsini pisləyib

Siyasət Materials 4 Yanvar 2012 12:56 (UTC +04:00)
Çin ABŞ-ın İranın Mərkəzi Bankı ilə əməkdaşlıq edən maliyyə institutlarına qarşı tətbiq etdiyi sanksiyaları pisləyib.
Çin ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalar tətbiq etməsini pisləyib

Azərbaycan, Bakı, 4 yanvar /Trend/

Çin ABŞ-ın İranın Mərkəzi Bankı ilə əməkdaşlıq edən maliyyə institutlarına qarşı tətbiq etdiyi sanksiyaları pisləyib.

"Çin milli qanunvericiliklərin beynəlxalq hüquq normalarını üstələməsinə və digər ölkəyə qarşı birtərəfli sanksiyaların tətbiq edilməsinə qarşı çıxır", - Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Çin XİN-in nümayəndəsi Honq Ley bəyan edib.

Bu il yanvarın 1-də məlumat verilmişdi ki, ABŞ Konqresinin Pentaqonun 2012-ci il büdcəsi haqqında qəbul etdiyi qanun layihəsində ABŞ ərazisində İranın Mərkəzi Bankı ilə əməkdaşlıq edən xarici maliyyə institutlarının təqib edilməsinə yönəlmiş sanksiyalar barədə düzəliş nəzərdə tutulub. Bu düzəlişə əsasən, ehtiyac yarandığı təqdirdə ABŞ Prezidentinə belə sanksiyaların tətbqi edilməsi üçün səlahiyyət verilir.

Qərb ölkələri İranı dinc nüvə proqramı adı altında nüvə silahı hazırlamaqda günahlandırırlar. Tehran bütün ittihamları rədd edərək bəyan edir ki, onun nüvə proqramı istisnasız olaraq ölkənin elektrik enerjisinə olan tələbatının ödənilməsinə yönəldilib.

Noyabrda BAEA İslam Respublikasının 2003-cü ilə qədər nüvə silahı yaradılması istiqamətində işlər apardığının qeyd olunduğu məruzə təqdim etmişdi. Məruzədə qeyd edilirdi ki, belə fəaliyyət hazırda da davam etdirilə bilər. Məruzənin dərc edilməsindən sonra BAEA-nın İdarə Şurası Tehranı agentliyin ekspertlərini nüvə obyektlərinə buraxmağa və agentliklə əməkdaşlığı fəallaşdırmağa çağıran qətnamə qəbul etdi. Bu qətnamədən dərhal sonra Aİ, ABŞ və bir sıra ölkələr İrana qarşı sanksiyaları genişləndirdilər.

Xəbər lenti

Xəbər lenti