...

Mövlud Çavuşoğlu: Artan irqçilik Avropa üçün təhlükədir

Siyasət Materials 12 Yanvar 2012 09:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 yanvar / Trend, müxbir A.Tağıyeva /

İqtisadi böhran deyil, artan irqçilik Avropa üçün daha təhlükəlidir. Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlu deyib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Zaman" qəzeti xəbər verir.

"Avropada irqçilik getdikcə daha tez-tez təzahür edir. Bunu Almaniyada doqquz türkün öldürülməsi sübut edir", - Çavuşoğlu deyib.

Bununla yanaşı, o bu hadisəni alman kəşfiyyatının dəstəklədiyini də istisna etməyib.

AŞPA sədri onu da qeyd edib ki, Avropada islamofobiya da müşahidə olunur. Buna ötən il Norveçdə baş vermiş və Türkiyə vətəndaşlarının da həlak olduğu hadisələri nümunə göstərmək olar.

Xəbər lenti

Xəbər lenti