Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan sülhməramlılarının Əfqanstanda xidmət edən kontingenti rotasiya qaydasında dəyişdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bazar ertəsi Trend-ə bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda xidmət edən sülhməramlıları iki gün öncə bu ölkəyə çatıb və xidmətə başlayıblar.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda 90 sülhməramlısı xidmət edir.
1997-ci ildə Azərbaycanın Milli Ordusu tərkibində sülhməramlılar bölüyü, daha sonra sülhməramlı tabor yaradılıb. Azərbaycanlı sülhməramlılar çoxmillətli qüvvələrin tərkibində, həmçinin İraq və Kosovoda xidmət keçiblər.