...

Obama təhlükəsizliyin təmin olunması səylərinə əhəmiyyətli töhfəyə görə Azərbaycana minnətdardır

Siyasət Materials 19 Yanvar 2012 08:39 (UTC +04:00)
Azərbaycanın ABŞ-dakı Səfiri Elin Süleymanov yanvarın 18-də Ağ Evdə keçirilmiş rəsmi mərasimdə etimadnamələrini ABŞ Prezidenti Barak Obamaya təqdim edib.
Obama təhlükəsizliyin təmin olunması səylərinə əhəmiyyətli töhfəyə görə Azərbaycana minnətdardır

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov yanvarın 18-də Ağ Evdə keçirilmiş rəsmi mərasimdə etimadnamələrini ABŞ prezidenti Barak Obamaya təqdim edib. Bu barədə Trend-ə Azərbaycanın Vaşinqtondakı səfirliyindən məlumat verilib.

Prezident Barak Obama Azərbaycan ilə ABŞ arasındakı dostluq və tərəfdaşlığın uzun tarixə malik olduğunu və birgə gündəliyə və aydın qarşlıqlı maraqlara əsaslandığını qeyd edib. ABŞ prezidenti beynəlxalq təhlükəsizlik səylərinə Azərbaycanın verdiyi həyati töhfələri yüksək dəyərləndirdiklərini bildirib. Prezident Azərbaycanı bütün Avro-Atlantik birliyin enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı tərəfdaş kimi səciyyələndirib.

Səfir Elin Süleymanov iki dövlət arasındakı münasibətlərin və çoxşaxəli tərəfdaşlığın dərinləşdirilməsinə və genişləndirilməsinə Azərbaycanın sadiq olduğunu qeyd edib.

Elin Süleymanov 2011-ci ilin 26 oktyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanın ABŞ-dakı səfiri vəzifəsinə təyin olunub. Buna qədər isə, o, Azərbaycanın Los Ancelesdəki Baş konsulu vəzifəsində çalışıb.

Xəbər lenti

Xəbər lenti