...

Naxçıvan və Acarıstan rəhbərləri sıx əməkdaşlıq haqqında razılığa gəliblər

Siyasət Materials 27 Yanvar 2012 15:36 (UTC +04:00)
Acarıstan və Naxçıvan rəhbərləri sıx əməkdaşlığın qurulmasına dair razılığa gəliblər.
Naxçıvan və Acarıstan rəhbərləri sıx əməkdaşlıq haqqında razılığa gəliblər

Gürcüstan, Tbilisi, 27 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Acarıstan və Naxçıvan rəhbərləri sıx əməkdaşlığın qurulmasına dair razılığa gəliblər.

Trend-in məlumatına görə, razılaşma cümə günü Batumidə iki muxtar respublikanın rəhbərlərinin görüşü zamanı əldə olunub.

Əməkdaşlığın qurulması məsələlərinin geniş siyahısını cümə günü Batumidə Acarıstan rəhbəri Levan Varşalomidze və Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov müzakirə ediblər.

Görüşdən sonra Varşalomidze bildirib ki, tərəflər müxtəlif istiqamətlər üzrə bir neçə işçi komissiyanın yaradılması barədə razılığa gəliblər.

"Bunlar turizm, idman, mədəniyyət və iqtisadi sahədə əməkdaşlıqdır. Biz bu istiqamətlərdə sıx əməkdaşlığın qurulması barədə razılığa gəlmişik", - o deyib.

Öz növbəsində, Talıbov qeyd edib ki, bu Acarıstana ilk səfəridir və bunun nəticəsi müxtəlif istiqamətlərdə əməkdaşlığın qurulması olmalıdır.

"Biz əməkdaşlığa hazırıq və bu gün konkret təkliflər almışıq", - o bildirib.

Talıbov onu da qeyd edib ki, NMR nümayəndə heyəti üçgünlük səfər ərzində Acarıstanın imkanları ilə tanış olacaq.

Xəbər lenti

Xəbər lenti