...

Türkiyə Suriya məsələsində İranın mövqeyini tənqid edib

Siyasət Materials 6 Fevral 2012 11:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 fevral / Trend, müxbir A.Tağıyeva /

Suriyada baş verən zorakılıq qarşısında susan region ölkələri öz adlarından "İslam" sözünü çıxarmalıdırlar. Bunu Türkiyənin Baş nazirinin müavini Bülənt Arınç bəyan edib. Trend-in məlumatına görə, xəbəri "Zaman" qəzeti yazıb.

"Maraqlıdır, görəsən niyə İran və regionun digər ölkələri Suriyadakı zorakılıq qarşısında susurlar?" - o deyib.

Arınçın sözlərinə görə, Türkiyə həmişə suriyalıların tələblərini dəstəkləyəcək və bu ölkədəki qanlı hadisələrin qarşısının alınması üçün əlindən gələn hər şeyi edəcək.

Rusiya və Çin veto hüququndan istifadə edərək BMT TŞ-nin Suriya üzrə qətnaməsinin qəbuluna mane olublar. Bu artıq BMT TŞ-nin daimi üzvləri kimi RF və Çinin Suriya üzrə qətnaməsinin qəbuluna yol verməmələri ilə bağlı ikinci haldır.

Suriya 9 aydır ki, getdikcə zorakılıq xarakteri alan hökumət əleyhinə aksiyalar şəraitində yaşayır. Gündəlik olaraq həm dinc, həm də güc strukturları arasında ölüm halları haqqında məlumatlar daxil olur. BMT-nin məlumatına görə, həlak olanların sayı 5 min nəfəri ötüb. Suriya hakimiyyəti isə hər iki tərəfdən 2 mindən artıq insanın, o cümlədən 1,1 min nəfərdən çox güc strukturları əməkdaşlarının həlak olduğunu bəyan edir. Onlar bunun təqsirini xaricdən dəstək alan silahlılarda görürlər.

Xəbər lenti

Xəbər lenti