...

İlham Əliyev bir sıra ölkələrin Azərbaycandakı səfirlərinin etimadnamələrini qəbul edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 7 Fevral 2012 18:00 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuinin etimadnaməsini qəbul edib.
İlham Əliyev bir sıra ölkələrin Azərbaycandakı səfirlərinin etimadnamələrini qəbul edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Trend-i buradan izləyin

İndoneziya və Albaniya səfirləri ilə bağlı məlumat əlavə olunub (ilk xəbər saat 17:44-də yayılıb)

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuinin etimadnaməsini qəbul edib.

Səfir Xun Tsyuin fəxri qarovul dəstəsinin qarşısından keçib.

Trend-in məlumatına görə, Xun Tsyuin etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Ölkələrimiz arasında münasibətlərin dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayan Prezident İlham Əliyev dövlətlərarası əlaqələrin səviyyəsindən məmnunluğunu bildirib.

Dövlətimizin başçısı iqtisadi və investisiya qoyuluşu sahələrində əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu deyib.

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasının dost və tərəfdaş ölkələr kimi regional məsələlərdə, o cümlədən dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi işində bundan sonra da fəal əməkdaşlıq edəcəklərinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Xun Tsyuin Çin Xalq Respublikasının sədri Hu Szintaonun salamlarını dövlətimizin başçısına çatdırıb. Üç il bundan əvvəl Azərbaycana səfər etdiyini deyən səfir ötən dövr ərzində Bakıda böyük dəyişikliklərin şahidi olduğunu vurğulayıb. Xun Tsyuin bildirib ki, ölkəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətdə sabitliyin bərqərar olunması və iqtisadiyyatın sürətli inkişafı ilə bağlı Azərbaycanın əldə etdiyi uğurları yüksək qiymətləndirir.

2008-ci ildə Çinə səfərini və Çin Xalq Respublikasının sədri Hu Szintao ilə görüşlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev Çində sürətli inkişafa və əldə edilən uğurlara Azərbaycanın da sevindiyini deyib.

Dövlətimizin başçısı Çin Xalq Respublikası sədrinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Hu Szintaoya çatdırmağı xahiş edib.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 7-də İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Raden Prayono Atiyantonun etimadnaməsini qəbul edib.

Səfir Raden Prayono Atiyanto fəxri qarovul dəstəsinin qarşısından keçib.

Raden Prayono Atiyanto etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birilərinə daim qarşılıqlı dəstək vermələrinin önəmini qeyd edib. Azərbaycanın İndoneziyada bir neçə il bundan əvvəl səfirliyinin fəaliyyətə başladığını vurğulayan Prezident İlham Əliyev İndoneziyanın ölkəmizdə səfirliyinin açılmasını əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcəyini deyib. Dövlətimizin başçısı Azərbaycan ilə İndoneziya arasında əlaqələrin iqtisadi, investisiya qoyuluşu, birgə layihələr və ticarət sahələrində inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Raden Prayono Atiyantonun İndoneziyanın ilk səfiri kimi Azərbaycanda diplomatik fəaliyyətə başlamasının önəmini qeyd edən Prezident İlham Əliyev ona uğurlar arzulayıb.

Səfir Raden Prayono Atiyanto İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyononun salamlarını dövlətimizin başçısına çatdırıb. O, ölkəsinin Azərbaycan ilə dostluğu və əməkdaşlığı genişləndirməyə maraqlı olduğunu deyib. Ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsinin razılıq doğurduğunu vurğulayan diplomat iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün İndoneziya Prezidentindən xüsusi tapşırıq aldığını deyib.

Dövlətimizin başçısı Prezident Susilo Bambanq Yudhoyononun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İndoneziya dövlətinin başçısına çatdırmağı xahiş edib.

İlham Əliyev çərşənbə axşamı Albaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Altin Kodranın etimadnaməsini qəbul edib.

Səfir Altin Kodra fəxri qarovul dəstəsinin qarşısından keçib.

Altin Kodra etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Albaniya arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və enerji sahələrində inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin olduğunu deyib. Prezident İlham Əliyev Albaniyanın Baş naziri Sali Berişa ilə müxtəlif beynəlxalq forumlarda keçirdiyi görüşləri məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev səfirə ölkəmizdə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, siyasi və digər sahələrdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirən Altin Kodra bunun üçün səylərini əsirgəməyəcəyini deyib.

Xəbər lenti

Xəbər lenti