...

BƏƏ-nin xarici işlər naziri Azərbaycanda səfərdədir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 14 Fevral 2012 13:59 (UTC +04:00)
BƏƏ-nin xarici işlər naziri Abdulla bin Zahid əl-Nəhyan işgüzar səfərlə Azərbaycandadır
BƏƏ-nin xarici işlər naziri Azərbaycanda səfərdədir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 14 fevral / Trend müxbir S.Ağayeva/

BƏƏ-nin xarici işlər naziri Abdulla bin Zahid əl-Nəhyan işgüzar səfərlə Azərbaycandadır.

Səfər çərçivəsində BƏƏ-nin XİN rəhbəri azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüş keçirib və ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə edib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2011-ci ilin yanvar-oktyabr ayları ərzində iki ölkə arasında mal dövriyyəsi 2010-cu ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə artaraq 76,3 milyon dollar təşkil edib.

Görüş zamanı Azərbaycanın xarici işlər naziri iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq, onun daha da inkişafı üçün böyük potensialın olduğunu bildirib.

Nazir, həmçinin BƏƏ-yə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəklədiyinə görə minnətdarlığını bildirib.

BƏƏ-nin xarici işlər naziri iki ölkə arasında qarşılıqlı investisiyalar üçün əlverişli mühit olduğunu bildirərək, enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Əl-Nəhyan ölkəsinin Azərbaycanın işğal edilmiş ərazilərinin sülh yolu ilə geri qaytarılması istiqamətində səyləri dəstəkləməyə hazır olduğunu bir daha bəyan edib.

Xəbər lenti

Xəbər lenti