...

Forumun Bakıda keçirilməsi Azərbaycanın İƏT-də mövqeyini daha da gücləndirəcək - TASAM

Siyasət Materials 2 Mart 2012 10:36 (UTC +04:00)
Forumun Bakıda keçirilməsi Azərbaycanın İƏT-də mövqeyini daha da gücləndirəcək - TASAM
Forumun Bakıda keçirilməsi Azərbaycanın İƏT-də mövqeyini daha da gücləndirəcək - TASAM

Azərbaycan, Bakı, 2 mart / Trend müxbir V.Javoronkova/

Türkiyənin TASAM (Türkiyə-Asiya Strateji Araşdırmalar Mərkəzi) rəhbəri Süleyman Şensoy "İslam Əməkdaşlıq Təşkilatı ölkələrində dəyişikliklər və transformasiyalar" mövzusunda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin "beyin mərkəzləri"nin III forumunun Bakıda keçirilməsinin Azərbaycanın İƏT-dəki mövqeyinə müsbət təsir edəcəyini bildirib.

"Forumun Bakıda keçirilməsi Azərbaycanın İƏT-də mövqeyini daha da gücləndirəcək", - Şensoy Trend-ə bildirib.

Bu gün Bakıda "İslam Əməkdaşlıq Təşkilatı ölkələrində dəyişikliklər və transformasiyalar" mövzusunda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin 3-cü forumu öz işinə başlayıb. Forum iki gün davam edəcək

Xəbər lenti

Xəbər lenti