Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir S.Ağayeva/
Gürcüstan prezidenti Mixail Saakaşvili martın 6-də Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə Trend-ə Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfər çərçivəsində Saakaşvilinin Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmilərlə görüşləri nəzərdə tutulur.
Səfər martın 7-də başa çatacaq.
Gürcüstan prezidenti Mixail Saakaşvilinin martın 6-da Azərbaycana rəsmi səfəri başlayır
Gürcüstan prezidenti Mixail Saakaşvili martın 6-də Azərbaycana rəsmi səfər edəcək