...

Azərbaycanda islam bankçılığı üzrə ilk plastik kartlar buraxılacaq

Siyasət Materials 8 Mart 2012 10:00 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı (ABB) Visa və MasterCard ödəmə sistemləri ilə islam bankçılığı üzrə plastik kartların buraxılış imkanını müzakirə edir
Azərbaycanda islam bankçılığı üzrə ilk plastik kartlar buraxılacaq

Azərbaycan, Bakı, 7 mart /Trend müxbir İ.Xəlilova/

Azərbaycan Beynəlxalq Bankı (ABB) Visa və MasterCard ödəmə sistemləri ilə islam bankçılığı üzrə plastik kartların buraxılış imkanını müzakirə edir. Bu barədə çərşənbə günü Trend-ə ABB-də islam bankçılığının tətbiqi üzrə işçi qrupunun rəhbəri Bəhnam Qurbanzadə bildirib.

"Hər bir ödəmə sisteminin şəriət qanunlarına uyğun olaraq, plastik kartların buraxılışı və xidmət göstərilməsi məsələsinə öz baxışı var", - Qurbanzadə deyib.

Onun sözlərinə görə, belə bank kartlarının üstünlüyü ondan ibarətdir ki, həmin kartlara faizlər əlavə olunmur və onlar üzrə güzəştli müddət təyin edilir. Bu müddət ərzində müştəri kartdan faizsiz istifadə edir. Buna müvafiq olaraq, o, yalnız əldə edilən karta və xidmət göstərilməsinə görə ödəniş edir. Bundan başqa, kart üzrə təsbit edilmiş ödəniş əlavə olunacaq.

"İlkin mərhələdə nəzərdə tutulub ki, qiymət amili üzrə islam bank kartları müştərilərin cəlb edilməsi məqsədilə adi kartlarla eyni və ya nisbətən az səviyyədə ola bilər", - Qurbanzadə vurğulayıb.

İslam kartlarının əsas fərqi ondan ibarətdir ki, sahiblərinin hesabına yerləşdirilmış pullar islamın qadağan etdiyi əməliyyatlarda istifadə olunmur. İslam maliyyələşdirilməsinin əsas prinsipi kredit və əmanətlər üzrə faizlərin əlavə olunmamasıdır. İslam maliyyələri bir qayda olaraq, xec fondları, borc əməliyyatlarının istənilən riskli forması və özəl səhmlərdən kənarda olur. Çünki bu vəsaitlər əmanətləri tükəndirərək nağd pulu artırır.

Xəbər lenti

Xəbər lenti