...

Azərbaycanda gənc liderlərin yetişdirilməsi üçün iki illik layihəyə start verildi

Siyasət Materials 12 Mart 2012 15:18 (UTC +04:00)
Gənclər və İdman Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMTİP) "Qərarların qəbulu və dövlət siyasətinin icrasında gənclərin iştirakı" adlı layihənin həyata keçirilməsi üçün birgə sənəd imzalayıblar.
Azərbaycanda gənc liderlərin yetişdirilməsi üçün iki illik layihəyə start verildi

Azərbaycan, Bakı, 12 mart / Trend müxbir K.Zərbalıyeva/

Gənclər və İdman Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMTİP) "Qərarların qəbulu və dövlət siyasətinin icrasında gənclərin iştirakı" adlı layihənin həyata keçirilməsi üçün birgə sənəd imzalayıblar.

Trend-in məlumatına görə, sənədi nazirlik adından gənclər və idman naziri Azad Rəhimov, BMTİP adından isə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi, BMTİP-nin rezident nümayəndəsi Fikrət Akçura imzalayıb.

Tədbirdə nazir Azad Rəhimov bildirib ki, layihənin əsas məqsədi dövlət siyasətinin planlaşdırılması və nəticələrin əldə olunmasında gənclərin öz töhfəsini verməklə yanaşı, eyni zamanda qərarların qəbulu prosesində daha fəal iştiraklarını təmin etmək və onların gələcək liderlər və dövlət qulluqçuları kimi bacarıqlarını artırmaqdır.

Nazirin sözlərinə görə, layihə 2 il həyata keçiriləcək və bu müddət ərzində müxtəlif sahələrdə gənc liderlərin yetişdirilməsi üçün xaricdən mütəxəssislər dəvət olunacaq.

Layihə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının irəli sürdüyü prioritetləri dəstəkləməklə gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması məqsədinə xidmət edir.

Layihə dövlət proqramları və strategiyalarında gənclərə yönələn nəticələrin yerinə yetirilməsi üçün lazımi bilik və bacarıqları gənclərə çatdıracaq, dövlət qulluğuna daha çox gənci cəlb edəcək və beynəlxalq forumlarda iştirak etmək üçün gənclərin bacarıqlarını inkişaf etdirəcək.

Xəbər lenti

Xəbər lenti