...

İran vətəndaşı ABŞ həbsxanasından buraxılıb

Siyasət Materials 13 Mart 2012 16:39 (UTC +04:00)
İran vətəndaşı Əmir Hüseyn Ərdəbili bu yaxınlarda ABŞ-da həbsxanadan azad edilib.
İran vətəndaşı ABŞ həbsxanasından buraxılıb

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran vətəndaşı Əmir Hüseyn Ərdəbili bu yaxınlarda ABŞ-da həbsxanadan azad edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Mehr" agentliyi İran Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Əmir Ərdəbili 2007-ci ildə Tbilisidə keçirilən xüsusi əməliyyat nəticəsində həbs edilmişdi.

O, ABŞ məhkəməsində İrana hərbi təyinatlı malların tədarükündə iştirak etdiyini etiraf etmişdi.

ABŞ hakimiyyəti Ərdəbilini İrana raket tuşlama sisteminin komponentləri, qırıcılar üçün ehtiyat hissələrini tədarük etməkdə günahlandırırdı.

Ərdəbilinin çərşənbə günü Tehrana qayıdacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti