...

AŞPA həmməruzəçilərinin Azərbaycana növbəti səfərinin tarixi təsdiqlənib

Siyasət Materials 14 Mart 2012 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart / Trend müxbir M.Əliyev/

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt (İspaniya) və Cozef Debano Qrex (Malta) bu ilin iyun ayında Bakıya səfər edəcəklər. Bu barədə Trend-ə çərşənbə günü Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan üzrə məruzənin hazırlanması məqsədi ilə baş tutacaq səfərin iyunun 10-15 arası gercəkləşəcəyi planlaşdırılır.

Seyidov bildirib ki, məruzənin AŞPA-nın 2013-cü il yanvar sessiyasında ümumi şəkildə təqdim olunması gözlənilir.

"Hazırda məruzənin hazırlanması prosesi davam edir. Bu, uzun prosesdir", - o deyib.

Məruzənin hazırlanması üçün həmməruzəçilərin Azərbaycana birinci səfəri bu il yanvarın 31-dən fevralın 2-dək baş tutub.

Xəbər lenti

Xəbər lenti