...

Elnur Aslanov: Müasir Azərbaycan gəncləri müxalifət partiyalarını hazırkı hakimiyyətə alternativ görmür

Siyasət Materials 17 Mart 2012 18:29 (UTC +04:00)
Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov KİV-ə Azərbaycan müxalifət partiyalarının gənclər təşkilatlarının bu gün keçirdiyi mitinqi şərh edib.
Elnur Aslanov: Müasir Azərbaycan gəncləri müxalifət partiyalarını hazırkı hakimiyyətə alternativ görmür

Azərbaycan, Bakı, 17 mart /Trend/

Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov KİV-ə Azərbaycan müxalifət partiyalarının gənclər təşkilatlarının bu gün keçirdiyi mitinqi şərh edib.

"Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmiş bir sıra gənclər təşkilatlarının keçirdiyi mitinq müxalifət partiyalarında sosial bazanın olmadığını bir daha nümayiş etdirdi. Uzun illər boyunca müxalif siyasi təşkilatlar Azərbaycanda "çoxsaylı etiraz elektoratının" mövcud olduğunu bəyan ediblər. Bununla belə, onlar aksiya keçirmək üçün müvafiq yerin olmamasından tez-tez şikayət edirdilər. Müxalifət partiyaları daim "çoxsaylı aksiyalar" keçirmək üçün şəraitin olmaması ilə bağlı əsassız fikirlərə söykənərək, xarici kütləyə sübut etməyə çalışırdılar ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı hüququna riayət olunmur", - Elnur Aslanov deyib.

Onun fikrincə, bugünkü aksiya bu iddianın əsassız olduğunu göstərdi.

"Birincisi, hakimiyyət tərəfindən həmin və sonrakı mitinqlərin keçirilməsi üçün yer ayrılıb. İkincisi, aksiya iştirakçılarının təhlükəsizliyi təmin olunub. Üçüncüsü, təşəbbüsçülərin bu tədbirin təşkili üçün kifayət qədər vaxtı olub. Lakin, internetdə və sosial şəbəkələrdə elan edilməsinə baxmayaraq, müxalifət təşkilatlarının aksiyasına 250-300 nəfərdən çox adam gəlmədi. Bu, bir daha sübut edir ki, müasir Azərbaycan gəncləri müxalifət partiyalarını hazırkı hakimiyyətə alternativ görmür", - Aslanov bildirib.

Xəbər lenti

Xəbər lenti