...

Türkiyə Baş Qərargahının sabiq rəisi ilk dəfə məhkəmə qarşısında dayanıb

Siyasət Materials 26 Mart 2012 14:21 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi İlkər Başbuğ bazar ertəsi ilk dəfə İstanbul məhkəməsi qarşısında dayanıb.
Türkiyə Baş Qərargahının sabiq rəisi ilk dəfə məhkəmə qarşısında dayanıb

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir A.Tağıyev/

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi İlkər Başbuğ bazar ertəsi ilk dəfə İstanbul məhkəməsi qarşısında dayanıb. Bu barədə Trend "Zaman" qəzetinə istinadən məlumat verir.

Başbuğ hakim Ədalət və İnkişaf Partiyasını nüfuzdan salmaq üzrə kampaniyanın təşkilində iştirak etməkdə təqsirləndirilir.

Məhkəmə iclasında Başbuğla yanaşı, təqsirkar şəxs qismində Türkiyənin bir sıra digər sabiq yüksəkrütbəli hərbçiləri - Hasan Iğsız, Mehmet Otuzbiroğlu, Mehmet Eroz və başqaları da var.

Xəbər lenti

Xəbər lenti