...

Azərbaycanın gənc istedadları xüsusi təqaüdə layiq görülüblər

Siyasət Materials 29 Mart 2012 18:55 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.
Azərbaycanın gənc istedadları xüsusi təqaüdə layiq görülüblər

Azərbaycan, Bakı, 29 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılsın və onlar Azərbaycan Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:

Abbasov Murad Eldar oğlu - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Orta İxtisas Musiqi Məktəb-studiyasının şagirdi

Ağalarova Günay Adil qızı - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Babayeva Vüsalə Zakir qızı - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Orta İxtisas Musiqi Məktəb-studiyasının şagirdi

Hüseynli Məhərrəm Rüfət oğlu - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Kərimov Ənvər Rüstəm oğlu - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Orta İxtisas Musiqi Məktəb-studiyasının şagirdi

Manafzadə Atabala İkram oğlu - Abşeron rayon Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin şagirdi

Xəbər lenti

Xəbər lenti