Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir M.Əliyev/
"Siyasi partiyalar haqqında" qanun layihəsi sabah Azərbaycan Parlamentində müzakirəyə çıxarılacaq.
Milli Məclisdən bazar ertəsi Trend-ə bildiriblər ki, aprelin 10-da parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində "Siyasi partiyalar haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq.
"Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul olunub. Ciddi dəyişikliklərdən sonra yenidən qəbul olunacaq qanun layihəsində partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi də nəzərdə tutulur. Qanun layihəsində partiya yaratmaq üçün minimum 5000 imzanın toplanılması təklif olunur.
Qanun layihəsi Venesiya Komissiyasında müzakirə olunub.
Sabah "Siyasi partiyalar haqqında" qanun layihəsi Azərbaycan Parlamentində müzakirəyə çıxarılacaq
"Siyasi partiyalar haqqında" qanun layihəsi sabah Azərbaycan Parlamentində müzakirəyə çıxarılacaq.
