...

Nadanlığı geosiyasi faktora çevirən Eduard Nalbandyan vasitəçilərin adından geninə-boluna istifadə edir

Siyasət Materials 10 Aprel 2012 11:33 (UTC +04:00)
Nadanlığı geosiyasi faktora çevirən Eduard Nalbandyan vasitəçilərin adından geninə-boluna istifadə edir
Nadanlığı geosiyasi faktora çevirən Eduard Nalbandyan vasitəçilərin adından geninə-boluna istifadə edir

Mübariz Əhmədoğlu - Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq

BMT TŞ-nin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi haqqında qəbul etdiyi 4 qətnamənin təsir gücü barədə Ermənistan tərəfinin açdığı müzakirəyə Rusiya xarici işlər naziri də qoşuldu. ATƏT MQ-nin 1997-1998-ci illərdə tərəflərə təqdim etdiyi tənzimləmə modellərində BMT TŞ-nin qəbul etdiyi 4 qətnaməyə istinad olunmuşdur. Rusiya Prezidentini təşəbbüsü ilə təşkil olunan üçtərəfli görüşlərin bəzilərində BMT sənədlərinə istinad edilir. Vasitəçilərin 2007-ci ildə təqdim etdikləri Madrid prinsiplərində, ATƏT-in Astana sammitinin DQ münaqişəsinin tənzimlənməsi ilə bağlı qəbul etdiyi bəyannamədə də BMT sənədlərinə istinad edilir. Ermənistan və ya Rusiya BMT TŞ-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi 4 qətnamənin hüquqi qüvvəsini itirməsinə dəlalət edən heç bir sənəd göstərə bilməzlər.

RF xarici işlər nazirinin Bakıda ermənistanlı həmkarına dəstək xarakterli bəyanatı Azərbaycan Respublikasının xarici işlər naziri tərəfindən dərhal diplomatik etiketə uyğun təkzib edildi. Lakin az keçmiş Ermənistanda bu mövzuda maraqlı hadisə baş verdi: Litvanın xarici işlər naziri - ATƏT-in ötən il fəaliyyətdə olan sədri A.Ajubalis Ermənistan xarici işlər naziri E.Nalbandyanla birgə mətbuat konfransında Litvanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqeyini ortalığa qoydu. Bəlli oldu ki, Litvanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqeyinin 3 tərkib hissəsi var:

- Litva ATƏT MQ-yə dəstək verir;
- Litva BMT TŞ-nin qətnamələrini tanıyır;
- Litva DQ münaqişəsinin Helsinki Yekun Aktının prinsipləri əsasında tənzimlənməsinin tərəfdarıdır.

Helsinki Yekun Aktında dövlətlərə sərhədlərinin toxunulmazlığına, suverenliyinə, ərazi bütövlüyünə zəmanət verilir. Həmçinin bu Aktda xalqların öz müqəddəratını təyin etmək hüququ öz əksini də tapsa da, xalqların öz müqəddəratını təyin etmək hüququna zəmanət verilməyib: sadəcə bu hüquqa hörmətlə yanaşmaq öhdəliyi bəyan edilmişdir. Hər-halda qanmazlığı geosiyasi parametrə çevirən E.Nalbandyan da bilməsə, Ermənistan Xarici İşlər Nazirliyində "zəmanət"in, eləcə də "hörmətlə yanaşmaq öhdəliyi"nin nə olduğunu bilənlər var. Bilirlər ki, bunların arasındakı fərq çox böyükdür. Ermənistan xarici işlər naziri E.Nalbandyan Litva xarici işlər naziri A.Ajubalisə qətiyyən etiraz bildirmədi.

E.Nalbandyan Azərbaycanın DQ münaqişəsi regionunda status-kvonu qoruyub saxlamaqda maraqlı olduğunu bildirdi. Dərhal qədim yunan filosoflarından biri olan Protaqorun "İnsan hər şeyin ölçüsüdür" deyimini xatırlayırsan: Ermənistanın xarici işlər naziri öz prezidenti ilə birlikdə təkcə nadanlığın deyil, həm də həyasızlığın ölçüsü olmaq istəyir. Dağlıq Qarabağ da, Zəngəzur da, İrəvan da tarixi Azərbaycan torpaqlarıdır. Əvvəllər biz yalnız Dağlıq Qarabağı qaytarmaq barədə düşünürdüksə, indi ermənilərin rəhbərlərinin nadanlıq, həyasızlıq və antiazərbaycançılıq üzrə marafon yarışına çıxdıqlarını gördükdə Zəngəzuru və İrəvanı da müasir dövrdə Dağlıq Qarabağla eyni prizmadan qəbul etməyə məcbur oluruq. Hər-halda hər cür müqayisə yersizdir deyiblər. Ermənistan özü üçün məğlub Almaniya ilə qalib SSRİ-nin talelərini müqayisə etsin. Ermənistan həqiqətən Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə hazırdırsa, heç kəsi gözləməsin, silahlı qüvvələrini çıxarmağa başlasın. Silahlı qüvvələrini çıxarmağın əvəzini erməni mentaliteti və psixologiyası üçün heç nə əvəz edə bilməz. Madam əvəzedicisini heç bir halda ala bilməyəcəksə, indidən qoşunları oradan çıxarmaqla, "nadan" rolunu "ləyaqətli görünmək istəyən adam" rolu ilə əvəzləsin.

Xəbər lenti

Xəbər lenti