...

Azərbaycan Prezidenti Roma Papasını təbrik edib

Siyasət Materials 18 Aprel 2012 19:00 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası XVI Benediktə təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti Roma Papasını təbrik edib

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası XVI Benediktə təbrik məktubu ünvanlayıb.

"Tacqoyma gününüz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Vatikan münasibətləri, dostluq və əməkdaşlıq əlaqələrimiz ümumbəşəri dəyərlərin təntənəsi, insanlar arasında qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olması naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev XVI Benediktə möhkəm cansağlığı, ali missiyasında uğurlar arzulayıb, həmməzhəblərinizə əmin-amanlıq və rifah diləyib.

Xəbər lenti

Xəbər lenti