...

Roland Kobia: Münbit iş şəraitinin olması QHT-lər üçün çox vacibir

Siyasət Materials 19 Aprel 2012 10:51 (UTC +04:00)
Münbit iş şəraitinin olması QHT-lər üçün çox vacibir.
Roland Kobia: Münbit iş şəraitinin olması QHT-lər üçün çox vacibir

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.Mehdiyev/

Münbit iş şəraitinin olması QHT-lər üçün çox vacibir. Trend-in məlumatına görə, bunu cümə axşamı Beynəlxalq QHT-lər Konfransının QHT qanunvericiliyi üzrə Ekspert Şurasının və Avropa Şurasının Venesiya Komissiyasının Azərbaycanın "QHT-lər haqqında" qanunvericiliyinə 2009-cu ildə edilən dəyişiklik layihəsi ilə bağlı rəyinin təqdimatı zamanı
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia deyib.

"Bizim üçün QHT-lər cəmiyyətin bir təbəqəsidir, vahid tərəfdaşdır. İnanıram ki, dünyada olan istənilən hökümət vətəndaş cəmiyyəti ilə dialoqda maraqlıdır. Çünki bu, onlara ölkədə nə baş verməsinə, hansı problemlərin olmasına bir çağırışdır", - Kobia bildirib.

Kobia hesab edir ki, qanunvericiliyin icrası onun ruhuna uyğuna olmalıdır.

"Biz bu məsələdə dialoqu çox dəstəkləyirik. Bu sahədə irəliləyişin şahidi olmaq istəyirik. Vətəndaş cəmiyyəti ilə dialoqun qurulması Avropa Şurasının siyasətinə də daxil edilib", - Kobia əlavə edib.

Xəbər lenti

Xəbər lenti