Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir M.Əliyev /
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bu gün Ukrayna Baş Prokurorluğu Hərbi Prokurorluq Baş İdarəsinin rəisi, Baş prokurorun müavini Yuriy Viytevi qəbul edib.
Trend-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə hərbi qanunvericiliyin təkmilləşdirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
Nazir Səfər Əbiyev ukraynalı qonağı regiondakı hərbi-siyasi durum və Ermənistanın təcavüzkar siyasətinin nəticələri barədə məlumatlandırıb.
Görüşdə Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev iştirak edib.