...

Azərbaycan və İsrail arasında strateji əməkdaşlıq məsələləri müzakirə olunub

Siyasət Materials 14 May 2012 17:58 (UTC +04:00)
Milli Məclisdə bazar ertəsi İsrail parlamentinin deputatları Orit Zuares və Fania Kirşenbaum Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüblər. Bu barədə Trend-ə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan və İsrail arasında strateji əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir M.Əliyev/

Milli Məclisdə bazar ertəsi İsrail parlamentinin deputatları Orit Zuares və Fania Kirşenbaum Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüblər. Bu barədə Trend-ə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan tərəfindən qrupun rəhbəri Yevda Abramov görüşdə iki ölkə arasında strateji əməkdaşlığın mövcudluğunu qeyd edərək, enerji, kənd təsərrüfatı, tibb sahələrində əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Deputat iki dövlət arasında ticarət dövriyyəsinin 4 milyard ABŞ dolları həcmində olduğunu xatırladaraq bu göstəricinin daha da artacağına inandığını qeyd edib.

Yevda Abramov Azərbaycanda yəhudilər üçün yüksək şəraitin yaradıldığını, dövlət səviyyəsində diqqətin olduğunu bildirərək, son beş ildə burada iki sinaqoqun açıldığını deyib.

İsrailli deputat Orit Zuares Azərbaycanda tolerantlığın yüksək səviyyədə olduğunu söyləyib. O, Azərbaycanın İsraillə sıx əməkdaşlıq edən müsəlman dövləti olmasını xüsusi qeyd edib. İsrailli deputat mövcud əlaqələrin kənd təsərrüfatı, enerji və digər sahələrdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə iki ölkə arasında mədəni əlaqələrin inkişaf səviyyəsindən xüsusi məmnunluq ifadə edilib.

Xəbər lenti

Xəbər lenti