...

İlham Əliyev Serbiyanın Prezidentini təbrik edib

Siyasət Materials 22 May 2012 16:58 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın Prezidenti Tomislav Nikoliçə təbrik məktubu ünvanlayıb
İlham Əliyev Serbiyanın Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın Prezidenti Tomislav Nikoliçə təbrik məktubu ünvanlayıb.

"Hörmətli cənab Prezident, Serbiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Serbiya dövlətlərarası münasibətləri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Serbiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm" İlham Əliyev təbrik məktubunda deyib.

Xəbər lenti

Xəbər lenti