Azərbaycan, Bakı, 23 may /Trend, müxbir E.Tariverdiyeva/
Azərbaycanda demokratiya gələcək nəsillər tərəfindən də həyata keçiriləcək daimi inkişaf mərhələsində qalacaq. Bunu Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov "The Wall Street Journal Europe" qəzetində dərc edilən məqaləsində bildirir.
"Hər bir növbəti parlament və prezident seçkiləri əvvəlkindən daha yaxşı olacaq. Müxalifət qəzetləri hər gün hökuməti daim tənqid edə bilər və edirlər. Azərbaycanlılar sosial mediada canlandırılmış siyasi müzakirələrdə iştirak edirlər. Toplantıların keçirilməsi hüququna Avropa ölkələri də daxil olmaqla başqa dövlətlərlə bərabər səviyyədə zəmanət verilib. Biz tələb edirik ki, siyasi nümayişlər icazə verilmiş yerlərdə keçirilməlidir. Biz əvvəlki kimi hesab edirik ki, demokratiyanın ən yaxşı beşiyi sabit fəaliyyət göstərən dövlətdir", - Məmmədyarov məqaləsində yazır.