...

İlham Əliyev Mixail Saakaşvilini təbrik edib

Siyasət Materials 25 May 2012 19:12 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixail Saakaşviliyə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Mixail Saakaşvilini təbrik edib

Azərbaycan, Bakı, 25 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixail Saakaşviliyə təbrik məktubu ünvanlayıb.

"Milli bayramınız - Dövlət müstəqilliyinin bərpası günü münasibətilə Sizi və qardaş Gürcüstan xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Tarixən möhkəm dostluq və mehriban qonşuluq telləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın yekdil iradəsinə uyğun olaraq bu gün Azərbaycan-Gürcüstan münasibətləri dinamik və hərtərəfli şəkildə inkişaf etməkdədir. Əminəm ki, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ikitərəfli münasibətlərimizin dərinləşdirilməsi, regional qurumlar və layihələr çərçivəsində qarşılıqlı dəstək və etimada əsaslanan birgə işimizin müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da ardıcıl səylər göstərəcəyik", - təbrikdə deyilir.

İlham Əliyev Mixail Saakaşviliyə möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Gürcüstan xalqına əmin-amanlıq və rifah arzulayıb.

Xəbər lenti

Xəbər lenti