Azərbaycan, Bakı, 25 may / Trend, müxbir E.Tarıverdiyeva /
"Вöyük Kəhrəba yolu" layihəsinin məqsədi Baltik və Xəzər regionlarının əlaqələrinin dirçəlişidir. Bu barədə Trend birinci ekspedisiyanın rəhbəri Rokas Volunqaviçyusdur.
"Baltikdən Xəzərə qədər Kəhrəba yolu" Baltik ölkələri ilə Xəzər regionunu əlaqələndirən qədim Kəhrəba yolunu dirçəltmək məqsədi daşıyır. Ekspedisiyamızda regionlarımız arasında yaxşı möhkəm əlaqələr qurmaq istəyən alimlər, prodyuserlər, jurnalistlər, iş adamları, arxeoloqlar iştirak edirlər", - o deyib.
Layihənin rəhbərinin sözlərinə görə, qədim Litva Neman, Dnepr çayları ilə Qara dənizədək və sonradan Qafqaz ərazisi ilə İpək yoluna və İranadək ticarəti inkişaf etdirib.
"Bizim birinci mərhələ Xəzər regionudur. Biz artıq Tbilisidə olmuşuq. İndi Azərbaycana gəlmişik və daxha sonra İrana getməyi və geri qayıdarkən Türkiyəyə səfər etməyi planlaşdırırıq", - ekspedisiya iştirakçıları bildiriblər.
Ekspedisiya iştirakçılarından biri olan Robert Cuodkanın sözlərinə görə, Azərbaycanla Baltik ölkələri arasında iqtisadi və investisiya sahələrində olduğu kimi, humanitar və turizm sahələrində də canlandırılmış əlaqələrə malikdir və məqsədimiz onları daha da möhkəmləndirməkdir. Litvada çoxlu azərbaycanlı investorlar var. Onlar daşınmaz əmlaka və telekommunikasiyalara yatırımlar edirlər.
Cuodkanın sözlərinə görə, Vilnüs də Azərbaycanla energetika sahəsində əlaqələrin qurulmasında maraqlıdır.
"Litvalı istehsalçılar ənənəvi olaraq Azərbaycanda çox məşhur olan və sevilən süd və ümumilikdə ərzaq məhsullarının istehsalında çox güclüdürlər. Və biz onların daha da irəliləməsində maraqlıyıq. Həmçinin bizim məqsədimiz Azərbaycana baxmaq və ola bizsion ki, yeni biznes ideyaları kəşf etməkdir", - o deyib.
Rokas Volunqaviçyusun sözlərinə görə, Litva Azərbaycanın Avropaya inteqrasiyasında vasitəçi ola biləcəyi kimi,Azərbaycan da Litvanın müsəlman dünyasında vasitəçisi ola bilər.
Ekspedisiyanın iştirakçısı Altas Paltarokas danışıb ki, bu layihə çox rəngarəng xarakter daşıyır. Bu həm biznes, həm də kommunikasiyalardır. Bundan başqa, layihənin məqsədi səyahət və yeni ölkələrlə tanışlıqdır.
O bildirib ki, bu layihədə iştirakçıların demək olar ki, hamısı Bakıda və Azərbaycanda ilk dəfə olurlar.
"Biz artıq bilirik ki, biz nə qədər maraqlı yerə səfər etmişik. Bizim səfərimizlə bağlı Litva, ola bilsin Avropa KİV-də bir neçə reportaj olacaq. Bizi çoxlu sayda turisti cəb edə biləcək sizin gözəl ölkəniz barədə danışa bilərik", - Paltarokas deyib.
Volinqaviçyusun sözlərinə görə, Litvanın Turizm Nazirliyi də "Вöyük Kəhrəba yolu" layihəsi ilə maraqlanır və layihənin təşkilatçılarını artıq iyunun 24-də Litvada keçiriləcək "Kəhrəba yolu"nun inkişafı üzrə konfransa dəvət ediblər.
İştirakçıların sözlərinə görə, Bu, həmin proqram üzrə Bakıya gələn ilk ekspedisiyadır.
"Layihə bir il davam etməyəcək, biz Azərbaycana tez-tez gələcəyik və biz bütün maraqlı şəxsləri Xəzər ölkələri və Baltik regionun arasında mədəni və biznes əlaqələrinin qurulması üçün layihəmizə qoşulmağa dəvət edirik ", - Volinqaviçyus deyib.
Litva "Вöyük Kəhrəba yolu" layihəsini bərpa etməyi təklif edib. İdeyanı Ümumdünya Turizm Təşkilatı (ÜTT) dəstəkləyib.