...

ABŞ Senatı gələn həftə Azərbaycandakı səfirin namizədliyinə baxacaq

Siyasət Materials 6 İyun 2012 11:50 (UTC +04:00)
ABŞ Senatı iyunun 13-də Riçard Moninqstarın Azərbaycandakı səfir postuna namizədliyi üzrə dinləmələr keçirəcək.
ABŞ Senatı gələn həftə Azərbaycandakı səfirin namizədliyinə baxacaq

Azərbaycan, Bakı, 6 iyun / Trend, müxbir E.Tariverdiyeva /

ABŞ Senatı iyunun 13-də Riçard Moninqstarın Azərbaycandakı səfir postuna namizədliyi üzrə dinləmələr keçirəcək. Trend-in məlumatına görə, bu barədə Senatın saytı xəbər verir.

Senat Morninqstarla yanaşı, Timoti M.Brosun Niderland Krallığında və Cey Nikolas Ananiyanın Surinamda səfir postlarına namizədliklərinə də baxacaq.

ABŞ Prezidenti Barak Obama bir neçə həftə əvvəl Riçard Morninqstarı Azərbaycana səfir vəsifəzinə irəli sürmüşdü və indi ABŞ Konstitusiyasına uyğun olaraq, Senat namizədliyi bəyənməlidir.

Ötən il dekabrın sonlarından keçmiş səfr Metyu Brayzanın öz missiyasını başa vurmasından sonra ABŞ-ın Azərbaycanda səfiri yoxdur.

Xəbər lenti

Xəbər lenti