...

Azərbaycanın xarici işlər naziri Kolumbiya Senatının komitə sədri ilə görüşüb

Siyasət Materials 3 İyul 2012 18:24 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Senatının İkinci konstitusional komitəsinin sədri Aleksandra Moreno Piraquivenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycanın xarici işlər naziri Kolumbiya Senatının komitə sədri ilə görüşüb

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Senatının İkinci konstitusional komitəsinin sədri Aleksandra Moreno Piraquivenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Məmmədyarov kolumbiyalı qonaqları ölkəmizdə salamlayıb və bu səfərin böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

Aleksandra Moreno Piraquive Kolumbiya xalqı adından ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın mövqeyini dəstəklədiyini qeyd edərək, iki tərəfli münasibətlərin, xüsusən də iqtisadi, mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb və bu səfərin iki ölkə arasında əməkdaşlığa təkan verəcəyinə ümid etdiyini bildirib.

Məmmədyarov ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün hüquq-müqavilə bazasının genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb, eyni zamanda, Kolumbiya parlamentinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair tutduğu mövqeyi yüksək qiymətləndirib.

Görüşdə, həmçinin, əməkdaşlığın inkişaf etdirilməsi üçün hər iki ölkənin parlamentlərinin rolunun artırılması və dostluq qruplarının fəaliyyətinin təşviq edilməsinə dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti