...

Azərbaycan Prezidenti “İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

Siyasət Materials 6 İyul 2012 20:52 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.
Azərbaycan Prezidenti “İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.

Xatırladaq ki, Milli Məclisin qərarı ilə "İnformasiya əldə etmək haqqında" qanuna 2.4-1-ci maddə əlavə edilib. Həmin maddəyə əsasən, informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.

Eləcə də, qanunun 2.6.1.6-cı maddə aşağıdakı redaksiyada verilib:

"6.1.6. informasiyanın əldə edilməsinin bu Qanunun 2.4-1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə zidd olmaması;".

Xəbər lenti

Xəbər lenti