...

Meksika yaxın vaxtlarda Azərbaycanda səfirliyini açacaq

Siyasət Materials 11 İyul 2012 13:59 (UTC +04:00)
Meksikanın Azərbaycanda yaxın vaxtlarda səfirliyi açılacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü Bakıda səfərdə olan Meksika Senatının sədr müavini, senator Fransisko Arroyo Vieyra deyib.
Meksika yaxın vaxtlarda Azərbaycanda səfirliyini açacaq

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir M.Əliyev/

Meksikanın Azərbaycanda yaxın vaxtlarda səfirliyi açılacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü Bakıda səfərdə olan Meksika Senatının sədr müavini, senator Fransisko Arroyo Vieyra deyib.

"Azərbaycan regionda çox mühüm dövlətdir. Səfirliyin tez bir zamanda fəaliyyətə başlamasına çalışırıq. Meksika Azərbaycanla bir çox, xüsusilə təhsil, mədəniyyət, neft-qaz sahələrində əməkdaşlıqda maraqlıdır", - Vieyra bildirib.

Onun sözlərinə görə, Meksika Latın Amerikasının bir ölkəsi olaraq Azərbaycanın siyasətini dəstəkləyəcək. Senator Meksikanın Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəklədiyini də qeyd edib.

Vieyra bildirib ki, yaxın zamanlarda paytaxt Mexiko şəhərinin mühüm parklarının birində Azərbaycanın ümumilli lideri Heydər Əliyevin abidəsi ucaldılacaq.

Xəbər lenti

Xəbər lenti