...

Bahar Muradova: Azərbaycan beynəlxalq təşkilatlarla işləməkdə maraqlıdır

Siyasət Materials 17 İyul 2012 13:20 (UTC +04:00)
Azərbaycan beynəlxalq təşkilatlarla, xüsusilə ATƏT, Avropa Şurası ilə işləməkdə, əlaqələri təkmilləşdirməkdə maraqlıdır.
Bahar Muradova: Azərbaycan beynəlxalq təşkilatlarla işləməkdə maraqlıdır

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan beynəlxalq təşkilatlarla, xüsusilə ATƏT, Avropa Şurası ilə işləməkdə, əlaqələri təkmilləşdirməkdə maraqlıdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

O qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatlardan istənilən tövsiyəni dinləyir və obyektiv olanları qəbul edir.

Vitse-spikerin sözlərinə görə, beynəlxalq təşkilatlarla Seçki Məcəlləsinə dair tövsiyə və digər fikirlərin dinlənilməsi, müzakirəsində heç bir problem olmayıb.

Muradova deyib ki, qarşıdan gələn seçkilərdə müşahidə prosesinin təşkili və seçki qanunvericiliyinə baxılmasında heç bir problem olmayacaq.

Xəbər lenti

Xəbər lenti