...

Azərbaycanın hakim partiyası istənilən siyasi partiya ilə dialoqa hazırdır

Siyasət Materials 24 İyul 2012 13:02 (UTC +04:00)
Azərbaycanın hakim partiyası ehtiyac yarandığı halda istənilən siyasi partiya ilə dialoqa hazırdır.
Azərbaycanın hakim partiyası istənilən siyasi partiya ilə dialoqa hazırdır

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın hakim partiyası ehtiyac yarandığı halda istənilən siyasi partiya ilə dialoqa hazırdır.

"Azərbaycanda siyasi müxalifətlə dialoq mütəmadi olaraq davam edir. Mən dialoqu təkcə müxtəlif tərəflərin bir stol arxasında oturub deyişməsi kimi başa düşmürəm. Mətbuatın, kütləvi infromasiya vasitələrinin verdiyi imkanlar çərçivəsində Azərbaycanın siyasi partiyalarının müxtəlif fikirlərini cəmiyyətə çatdırırlar ki, buna bir dialoq kimi baxa bilərik. Bu, dialoqun bir formasıdır", - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib.

Əhmədovun sözlərinə görə, hakim partiya konkret məsələlərdə ehtiyac yaranarsa - dəfələrlə YAP mövqeyini ortaya qoyub - istənilən siyasi partiya ilə bu və ya digər ictimai maraq doğuran, milli maraqlar ətrafında fikir mübadiləsi aparmağa hazırdır.

Xəbər lenti

Xəbər lenti