...

Qırğızıstan Prezidenti Azərbaycan səfiri ilə görüşüb

Siyasət Materials 2 Avqust 2012 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Qırğızıstan Prezidenti Almazbek Atambayev bu gün Azərbaycanın bu ölkədə diplomatik missiyasını başa çatdıran səfiri Arif Ağayev ilə görüşüb. Bu barədə Trend cümə axşamı CA-NEWS-a istinadən məlumat verir.

Dövlət başçısı Qırğızıstandakı fəaliyyətinə görə Arif Ağayevə təşəkkür edib.

"Bu illər ərzində Qırğızıstan-Azərbaycan münasibətlərində sıçrayış əldə etmək və əlaqələri yeni səviyyəyə çıxartmaq mümkün olub. Burada sizin böyük xidmətiniz var", - Atambayev qeyd edib.

Ağayev öz növbəsində bildirib ki, işi uğurlu olub, çünki Qırğızıstanda bunun üçün bütün lazımi şərait yaradılıb.

Xəbər lenti

Xəbər lenti