...

Türkiyə Prezidenti daha beş gün xəstəxanada qalacaq

Siyasət Materials 28 Avqust 2012 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir A.Tağıyeva/

Türkiyə Prezidenti Abdullah Gül daha beş gün Ankarada Hacettepe Universitetinin xəstəxanasında qalacaq. Bu barədə Trend çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən məlumat verir.

Gül səhhətində yaranan problem səbəbindən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının sammitinin keçirildiyi Qırğızıstana səfərini yarımçıq dayandırdıqdan sonra xəstəxanaya yerləşdirilmişdi.

Həkimlər Güldə kəskin qulaq iltihabı diaqnozunu qoyublar.

Xəbər lenti

Xəbər lenti