...

Türkiyədə İrana casusluqda şübhəli bilinən 10 nəfər saxlanılıb

Siyasət Materials 29 Avqust 2012 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin İqdır vilayətində İranın xeyrinə casusluqda şübhəli bilinən on nəfər saxlanılıb. Trend-in məlumatına görə, bu barədə "Hürriyyət" qəzeti məlumat verib.

Xüsusi əməliyyat zamanı iki İran vətəndaşı Məhəmməd Rza İsmailpur və Şəhram Zərqam saxlanılıb. Onlar Türkiyə ərazisində olan Suriya müxalifətçiləri haqqında məlumatların ötürülməsində günahlandırılırlar.

Qəzetin məlumatına görə, saxlanılanların izlənməsi bir il davam edib. Müəyyən olunub ki, onlar polis binalarının və hərbi obyektlərin video və fotoşəkillərini çəkiblər. Toplanan məlumatlar İranın xüsusi xidmət orqanlarına ötürülüb.

İran vətəndaşları ilə birgə səkkiz Türkiyə vətəndaşı da saxlanılıb. Faktla bağlı cinayət işi qaldırılıb.

Xəbər lenti

Xəbər lenti