...

Obama ABŞ prezidenti postuna namizədliyini rəsmən irəli sürüb

Siyasət Materials 6 Sentyabr 2012 10:31 (UTC +04:00)
Barak Obama Demokrat Partiyasının qurultayının ikinci günündə ABŞ prezidenti postuna namizədliyini rəsmən irəli sürüb.
Obama ABŞ prezidenti postuna namizədliyini rəsmən irəli sürüb

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Barak Obama Demokrat Partiyasının qurultayının ikinci günündə ABŞ prezidenti postuna namizədliyini rəsmən irəli sürüb. İlk olaraq onun namizədliyini Bill Klinton dəstəkləyib. Bu barədə Trend BBC-nin rus xidmətinin məlumatına istinadən xəbər verir.

Bill Klinton Barak Obama administrasiyasının iqtisadi uğurlarını qeyd edib və hazırkı ABŞ Prezidentinin daha müasir, daha yaxşı balanslaşdırılmış iqtisadiyyatın əsasını qoyduğunu bildirərək Obamaya səs verməyə çağırıb. Klintonun sözlərinə görə, Obama ABŞ iqtisadiyyatının yenidən böhran vəziyyətinə düşməsinə imkan vermədi.

Xəbər lenti

Xəbər lenti