...

Gürcüstan-Türkiyə birgə hərbi-dəniz təlimləri keçiriləcək

Siyasət Materials 10 Sentyabr 2012 19:30 (UTC +04:00)
Türkiyənin sahil mühafizəsi kateri TCSG-71 Gürcüstanın ərazi sularına daxil olub. Səfər Gürcüstan və Türkiyənin 2012-ci il üçün birgə əməkdaşlıq planı çərçivəsində həyata keçirilir.
Gürcüstan-Türkiyə birgə hərbi-dəniz təlimləri keçiriləcək

Gürcüstan, Tbilisi, 10 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Türkiyənin sahil mühafizəsi kateri TCSG-71 Gürcüstanın ərazi sularına daxil olub. Səfər Gürcüstan və Türkiyənin 2012-ci il üçün birgə əməkdaşlıq planı çərçivəsində həyata keçirilir. Səfərin məqsədi dəniz sərhədlərinin mühafizəsi sahəsində birgə hərbi-dəniz təlimlərinin keçirilməsidir. Bu barədə bazar ertəsi Trend-ə Gürcüstan sərhəd polisindən bildiriblər.

Səfər çərçivəsində Türkiyə sərhədçiləri Potidəki sahil mühafizəsi bazasında Gürcüstan-Rusiya müharibəsində həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış abidəyə gül dəstəsi qoyublar.

Onlar, həmçinin Poti meri və Gürcüstan Sahil Mühafizəsi Departamentinin rəhbərliyi ilə görüşlər keçiriblər.

Türkiyəyə məxsus sərhəd kateri sentyabrın 11-də Batumiyə istiqamət alacaq. Birgə hərbi-dəniz təlimləri sentyabrın 13-nə planlaşdırılıb.

Sahil mühafizə kateri Gürcüstanın dəniz akvatoriyasını sentyabrın 13-də tərk edəcək.

Xəbər lenti

Xəbər lenti