...

Elmar Məmmədyarov ATƏT-ə üzv ölkələrin daimi nümayəndələri ilə görüşüb (FOTO)

Siyasət Materials 10 Sentyabr 2012 19:59 (UTC +04:00)
XİN-in mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-ATƏT əməkdaşlığı, regiondakı vəziyyət və ölkəmizin üzləşdiyi problemlərlə bağlı fikir mübadiləsi aparılıb.
Elmar Məmmədyarov ATƏT-ə üzv ölkələrin daimi nümayəndələri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-ə üzv ölkələrin daimi nümayəndələrini qəbul edib.

XİN-in mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-ATƏT əməkdaşlığı, regiondakı vəziyyət və ölkəmizin üzləşdiyi problemlərlə bağlı fikir mübadiləsi aparılıb.

Ermənistan-Azərbaycan münaqişəsi, aparılan danışıqların hazırkı vəziyyəti barədə qonaqlara ətraflı məlumat verən Məmmədyarov mövcud status-kvonun təhlükəli və qəbuledilməz olduğunu bildirib.

Nazir onu da qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcud olması münaqişənin sülh yolu ilə həllinə ən böyük maneədir, eyni zamanda, münaqişənin həlli regionda təhlükəsizlik və əməkdaşlıq üçün həyati məna daşıyır.

Xəbər lenti

Xəbər lenti