...

Yeddi minə yaxın Gürcüstan vətəndaşı Azərbaycanda səs verəcək

Siyasət Materials 14 Sentyabr 2012 13:34 (UTC +04:00)
Gürcüstanda oktyabrın 1-nə təyin edilən parlament seçkilərində Azərbaycanda yaşayan və ya işləyən yeddi minə yaxın Gürcüstan vətəndaşı iştirak edəcək.
Yeddi minə yaxın Gürcüstan vətəndaşı Azərbaycanda səs verəcək

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/

Gürcüstanda oktyabrın 1-nə təyin edilən parlament seçkilərində Azərbaycanda yaşayan və ya işləyən yeddi minə yaxın Gürcüstan vətəndaşı iştirak edəcək. Onlar Gürcüstanın Bakıdakı səfirliyində təşkil edilən seçki məntəqəsində səs verə biləcəklər. Bu barədə Trend-ə diplomatik missiyanın mətbuat xidmətindən bildirilib.

"Seçki məntəqəsi oktyabrın 1-də səhər saat 8-də açılacaq", - səfirliyin mətbuat xidmətindən qeyd edilib.

Xaricdə yaşayan Gürcüstan vətəndaşlarının parlament seçkilərində iştirakı üçün qeydiyyatı başa çatıb. Məlumatlar seçki siyahılarının dəqiqləşdirilməsi üzrə dövlət komissiyasına ötürülüb, bundan sonra Mərkəzi Seçki Komissiyasına daxil olacaq.

Xaricdə parlament seçkiləri üçün 45 seçki məntəqəsi açılacaq. İran və İordaniyada seçicilərin sayının az olması səbəbindən məntəqələr ləğv edilib.

Konsulluq uçotunda olan Gürcüstan vətəndaşlarından yalnız 42 600 nəfərin səs vermək hüququ var. Onlara son günlər qeydiyyata alınan vətəndaşlar da əlavə ediləcək.

Xəbər lenti

Xəbər lenti