...

Estoniya Azərbaycan ilə iqtisadi münasibətlərin inkişafında maraqlıdır - səfir

Siyasət Materials 21 Sentyabr 2012 15:36 (UTC +04:00)
Estoniya Azərbaycanla iqtisadi münasibətlərin inkişafında maraqlıdır və bır sıra layihələr təklif etməyə hazırdır.
Estoniya Azərbaycan ilə iqtisadi münasibətlərin inkişafında maraqlıdır - səfir

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir S.Ağayeva/

Estoniya Azərbaycanla iqtisadi münasibətlərin inkişafında maraqlıdır və bır sıra layihələr təklif etməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın Estoniyadakı səfiri Tofiq Zülfüqarov Bakıda keçirilən Azərbaycan diplomatik xidmət orqanları rəhbərlərinin IV müşavirəsində deyib.

"Estoniyada IT texnologiyalar çox inkişaf edib və Azərbaycan hökuməti bu sahənin inkişafına böyük diqqət yetirdiyinə görə perspektivdə iki ölkənin məhz bu sahədə əməkdaşlığı gözlənilir", - səfir bildirib.

Onun sözlərinə görə, iki ölkənin siyasi münasibətləri yaxşı səviyyədədir.

"Estoniya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir və siyasi münasibətlər iqtisadi elementlərlə möhkəmlənə bilər", - səfir qeyd edib.

Zülfüqarovun sözlərinə görə, burada texnoloji sahəyə əsas yer ayrılır.

"Biz, həmçinin Estoniya iqtisadiyyatının müxtəlif sahələrinə investisiya qoyulması imkanlarını nəzərdən keçiririk. Estoniya isə, öz növbəsində, bu sahədə əməkdaşlığın inkişafı üzrə yeni layihələr təqdim etmək niyyətindədir", - səfir əlavə edib.

Xəbər lenti

Xəbər lenti